Eskişehir dünyanın ən təhlükəsiz şəhərləri arasında

Türkiyənin Eskişehir vilayəti dünyanın ən təhlükəsiz 10 şəhəri arasına daxil olub.

1573610
Eskişehir dünyanın ən təhlükəsiz şəhərləri arasında

Numbeo”  araşdırma şirkətinin cinayət nisbətlərinə əsaslanaraq  hazırladığı dünyanın ən təhlükəsiz şəhərlərinə dair hesabatında sadalanan 431 şəhər arasında Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Abu Dabi birinci sırada iştirak edib. BƏƏ-nin üç şəhəri  ilk sıralarda  iştirak edən siyahıda  Əbu-Dabi 88.46 xal ilə ən təhlükəsiz şəhər  olaraq  ilk sırada qərarlaşıb. Türkiyənin Eskişehir vilayəti 82.42 xalla ilə 8-ci, Antalya 72.83 xalla 61-ci olub.

Siyahıdaki ən təhlükəsiz 10  şəhər :

1-ci Abu Dabi (BƏƏ)

2-ci Doha (Qətər)

3-cü Taipei (Tayvan)

4-cü Quebec (Kanada)

5-ci Sürix (İsveçrə)

6-cı Şarja (BƏƏ)

7-ci Dubay (BƏƏ)

 8-ci Eskişehir (Türkiyə)

9-cu Münhen (Almaniya)

10. Trieste (İtaliya)

 



Әlaqәli Xәbәrlәr