Buz təbəqəsinin ərimə sürətində rekord artım qeydə alınıb

İqlim dəyişikliyi ilə artan qlobal temperatur səbəbindən dünyanın buz təbəqəsinin ərimə sürətində 1990-cı illərə müqayisədə rekord artım qeydә alınıb.

1571332
Buz təbəqəsinin ərimə sürətində rekord artım qeydə alınıb

"Cyrosphere" elmi jurnalda dərc olmuş hesabata görə, 1990-cı illərin ilk yarısından bəri 28 trilyon ton buz örtüyü və buzlaq əriyib. Bu da bir ildəki ərimə nisbətinin 1990-cı illərə müqayisədə 57% daha sürətli olduğunu göstərir. 1990-cı illərdə dünyada hər il 0,8 trilyon ton buz əriyərkən, bu miqdar ötən illərdə 1,2 trilyon tona yüksəlib. Hesabatın müəlliflərindən Leed Universiteti Qlyasiologiya bölməsinin alimi Thomas Slaterə görə 30 ildə qeydə alınan ərimədəki artım gözlənilməzdir. Slater qeyd edib ki, buzlaq təbəqəsinin əsasən yaşayış yerlərindən uzaq olmasına baxmayaraq içmə su təmini üçün dağ buzlaqlarına və qış fırtınalarından qorunmaq üçün isə sahil buzlarına ehtiyac duyan insanların sürətli ərimədən mənfi təsirlənməyə başladıqlarını vurğulayıb.

Qeyd edək ki, Antarktida, Qrenlandiya və dağ buzlaqlarının əriməsi son 30 ildə dünya dəniz səviyyəsində 3,5 santimetr artımına səbəb olub.



Әlaqәli Xәbәrlәr