Tajima: “Türkiyəyə valeh oldum”
4 qitədə 13 ölkəni gəzən Yapon fotoqraf Hirohisa Tajima Türkiyəyə məftun oldu
10 il ərzində velosipediylə dünyanı gəzməyi planlaşdıran Tajima, 20 Noyabr 2020 tarixində “Kapıkule” Sərhəd məntəqəsindən Türkiyəyə daxil oldu. Edirnə, Tekirdağ, İstanbul, Yalova, Bursa, Balıkesir, İzmir, Aydın və Muğla şəhərlərini ziyarət etdikdən sonra getdiyi Antaliyanın Demrə qəsəbəsində verdiyi açıqlamasında Türkiyənin təsir edici tarix və təbiət zənginliyinə diqqət çəkən fotoqraf Türklərin mehriban və qonaqpərvər olduqlarını vurğulayıb. Başlatdığı səyahətdən məqsədinin yeni ölkələri və bir çox yeni insanı tanımaq olduğunu ifadə edən Hirohisa Tajima, Türkiyənin təsir edici tarixə və təbiət zənginliyə sahib olduğunu, hər dövrə məxsus abidələrə ev sahibliyi etdiyini qeyd edib. Bütün bu zənginliklər və Türk qonaqpərvərliyi qarşısında bu ölkəyə valeh olduğunu, yenidən görmək istədiyini deyib. Tajima, Türkiyədən Gürcüstana, oradan Ermənistan və İran gedəcək.