2020-ci ildə internetdə ən çox axtarılışa verilən gəmi "Oruç Reis" olub

"Oruç Reis" gəmisi bütün dünyadakı internet istifadəçiləri tərəfindən ən çox axtarılan gəmi siyahısında birinci yeri tutub.

1557832
2020-ci ildə internetdə ən çox axtarılışa verilən gəmi "Oruç Reis" olub

Şərqi Aralıq dənizində neft və karbohidrogen araşdırma missiyasına 2017-ci ildə başlayan "Oruç Reis" gəmisi bütün dünyadakı internet istifadəçiləri tərəfindən ən çox axtarılan gəmi siyahısında birinci yeri tutub.

Gəmilərin hərəkətləri və mövcud mövqeləri haqqında real vaxt məlumatları verən "Marine Traffic" adlı veb saytı 2020-ci ilin ən çox axtarılan gəmilərini elan edib. 

Məlumata görə, "Oruç Reis" keçən il dünyada internetdə ən çox axtarışa verilən gəmi olub.

"Oruç Reis" Şərqi Aralıq dənizində neft və karbohidrogen axtarış fəaliyyətlərini 2020-ci il müddətində də davam etdirdi.

Türk Hərbi Dəniz Donanmasına bağlı bir freqatın rəhbərliyi altında 4 korvet "Oruç Reis" gəmisinin qorunması vəzifəsini öz üzərinə götürdü və sualtı gəmi də bu fəaliyyətləri dəstəklədi.

"Oruç Reis" gəmisini qoruyan hərbi gəmi sayı kritik dövrlərdə 8-ə qədər artırıldı.

Bəzən təmir üçün Antalya Limanına qayıdan "Oruç Reis" üçün 15 iyuna qədər davam edəcək Navtex (dənizçilərə elan) elan edildi.

“Ataman” və “Cengiz Han” gəmiləri ilə birlikdə seysmik araşdırmalar aparan “Oruç Reis” kəşfiyyat-axtarış gəmisi kontinental sahə və təbii qaynaq axtarışları başda olmaqla, 2 və 3 ölçülü bir sıra araşdırmalar aparmaq imkanı olan mexanizmlərə malikdir. Belə ki, bu gəmi 8 min metr dərinliyə qədər 3 ölçülü, 15 min metr dərinliyə qədər isə 2 ölçülü seysmik əməliyyatlar reallaşdırır. “Oruç Reis” dünyada tam təchizatlı və çoxməqsədli nadir araşdırma gəmilərindən biridir.



Әlaqәli Xәbәrlәr