Paraqvayda xalq yeni doğulan uşaqlara Türk seriallarındakı xarakterlərin adlarını qoyur

Türk seriallarının Latın Amerikası ölkələrindəki populyarlığı Paraqvayda xalqın övladlarına serial qəhrəmanlarının adlarını verməsilə də gündəmdədir.

1495009
Paraqvayda xalq yeni doğulan uşaqlara Türk seriallarındakı xarakterlərin adlarını qoyur

Türk seriallarının Latın Amerikası ölkələrindəki populyarlığı Paraqvayda xalqın övladlarına serial qəhrəmanlarının adlarını qoyması ilə də gündəmdədir.
Büdcə və keyfiyyət baxımından dünyanın ən yaxşı serialları arasında olduğu xarici qaynaqlar tərəfindən də təsdiqlənən Türk seriallarının izləndiyi Latın Amerikası ölkələrində bölgə xalqının uşaqlarına serial xarakterlərinin adlarını qoymağa başlaması ilə  sosial media paylaşımlarında da öz əksini tapıb.
Bir çox Türk seriallarının böyük maraqla izlənildiyi Latın Amerikası ölkələrindən biri olan Paraqvayda əhali idarəsi vəzifəsini icra edən "Registro Del Estado Civil" adlı rəsmi təşkilat "Twitter" hesabından vətəndaşların uşaqlarına televiziya serialından ilham alaraq qoyduğu bəzi adları paylaşıb.
Təşkilatın "Buradakı bəzi adlar Türk romanlarından və serillalarından ilham alınıb" ifadəsilə etdiyi paylaşmada Şehrazad, Kərim, Kamal, Devran və Mustafa kimi adların yer aldığı görülüb. 
2015-ci ildən bəri Türk seriallarının Latın Amerikası ölkələrində izlənmə rekordu qırdığı məlumdur.
Qeyd edək ki, ilk öncə Çilidə başlayan Türk seriallarına baxmaq vərdişi ilə bu ölkədə doğulan bəzi uşaqlara türk adları verildi və türk aktyorlar Latın Amerikasındakı müxtəlif tədbirlərə dəvət edildi.



Әlaqәli Xәbәrlәr