Dünyanın ən uzun yaşayan yapışıq əkizi həyatdan köçdülər

Dünyanın ən uzun yaşayan yapışıq əkizi Ronni və Donni Qalyon (Ronnie, Donnie Galyon) 68 yaşında həyatlarını itirdilər

1450626
Dünyanın ən uzun yaşayan yapışıq əkizi həyatdan köçdülər

 

  Dünyanın ən uzun yaşayan yapışıq əkizi Ronni və Donni Qalyon (Ronnie, Donnie Galyon) 68 yaşında həyatlarını itirdilər.

  Ronni və Donni qardaşları 1951-ci ildə Amerika Birləşmiş Ştatalrının (ABŞ) Ohio əyalətində dünyaya gəlmişdilər. Ataları müalicə xərclərini qarşılaya bilmək və ailənin dolanışığını təmin edə bilmək üçün diqqəti cəlb edən əkizləri müxtəlif tədbirlərə aparırdı.

  1991-ci ildən təqaüdə ayrılan əkizlərin 2010-cu ildən sağlıq problemləri baş qaldırdı. Bundan sonra həyatlarını təkbaşlarına davam etdirən Ronni-Donni qardaşları Daytonda toplanan yardımlarla dolanışıqlarını təmin edirdilər.

  Qardaşlar 2014-cü ildə 63 yaşlarında "Dünyanın ən yaşlı əkizi" adını almışdılar. Ronni və Donni qaldıqları Qocalar Evində dünyadan köçüblər.



Әlaqәli Xәbәrlәr