Üzgüçülük hovuzları üçün virusdan qoruyan maska

“Asahi shimbun” qəzetinin yazdığına görə...

1431105
Üzgüçülük hovuzları üçün virusdan qoruyan maska

  Yaponiyada üzgüçülük hovuzları üçün korona virusundan qoruyan xüsusi maska hazırlanıb.

   “Asahi shimbun” qəzetinin yazdığına görə, formaca tibbi maskaya oxşayan həmin qoruyucu vasitədən həm üzgüçülük məktəblərinin təlimçiləri, həm də üzgüçülər istifadə edə bilərlər.

  Bildirilir ki, görünüşünə görə tibbi maskaya oxşayan bu maskalar xüsusi şəffaf materialdan hazırlanıb və onun daxilində, burun üzərində sərt qövs var. Bu, maskanın daxilində havanın qalmasına şərait yaradır və üzən zaman həmin yerdən keçən su hərəkətə maneə yaratmır. Bununla yanaşı, həmin maskalardan sürətli üzmə zamanı istifadə olunması tövsiyə edilmir.

  Məlumata görə, belə bir maskanın hazırlanması ideyası keçmiş peşəkar üzgüçü, “Rockin pool” şirkətinin rəhbəri Cun Nişiqavaya məxsusdur.

  Əsasən üzgüçülük üzrə təlimçilər üçün nəzərdə tutulan maska uşaqlarla təmas zamanı yoluxma təhlükəsini aradan qaldırmağa kömək edir.

  Qeyd edilir ki, daxilində 10 ədəd maska olan bir dəstin qiyməti 29.800 yen, yəni təqribən 270 dollardır.



Әlaqәli Xәbәrlәr