İngltərənin baş naziri Boris Conson 6-cı dəfə ata olub

Yayılan məlumata görə, bu gün (29 aprel) səhər saatlarında Consonun nişanlısı Kerri Simonds oğlan övladı dünyaya gətirib.

1407579
İngltərənin baş naziri Boris Conson 6-cı dəfə ata olub

İngltərənin baş naziri Boris Conson növbəti dəfə ata olub.

Yayılan məlumata görə, bu gün (29 aprel) səhər saatlarında Consonun nişanlısı Kerri Simonds oğlan övladı dünyaya gətirib.

Qeyd edək ki, B. Conson və K. Simonds ötən ilin sonunda nişanlanıblar. B. Conson “10 Downing Street”də nikahsız yaşayan ilk Baş Nazirdir.

Boris Conson ilk dəfə 1987-ci ildə 23 yaşında olarkən Oxford Universitetində tanış olduğu Allegra Ovenlə evlənib. Cütlük 1993-cü ildə B. Consonun Marina Wheelerlə münasibətinin ortaya çıxmasından sonra boşanıb. Boşandıqdan 12 gün sonra isə B. Conson M. Wheelerlə ailə həyatı qurub. Onlar 2018-ci ildə ayrılıblar. Cütlüyün Lara (26 yaş), Milo (24 yaş), Cassia (22 yaş) və Theodore (20 yaş) adlı övladları var.
Consonun nigahdan kənar 11 yaşlı Stefani adlı başqa bir qızı da var.

Xatırladaq ki, koronavirusa yoluxan Boris Conson aprelin 5-də xəstəxanaya yerləşdirilmişdi. Hazırda səhhətində heç bir problem yoxdur və vəzifəsinin icrasını davam etdirir.



Әlaqәli Xәbәrlәr