23 aprel axşamı 2 min 135 uşaq İstiqlal Marşını oxuyaraq rekord qırdı

23 Aprel Uşaq Bayramı ilə əlaqədar 2 min 135 uşağın Dövlət Himnini (İstiqlal Marşı) oxuyaraq çəkdiyi videolarla dünya rekordu qırıldı.

1406942
23 aprel axşamı 2 min 135 uşaq İstiqlal Marşını oxuyaraq rekord qırdı

Türkiyə Böyük Millət Məclisinin (TBMM) yaranmasının 100-cü ildönümü münasibətilə keçirilən kampaniya çərçivəsində 23 Aprel Uşaq Bayramı ilə əlaqədar 2 min 135 uşağın Dövlət Himnini (İstiqlal Marşı) oxuyaraq çəkdiyi videolarla dünya rekordu qırıldı.

Dünya Uşaq Rekordları çərçivəsində reallaşdırılan rekordun yenilənməsi cəhdinə uşaqlar 23 aprel saat 21:00-da evlərində Dövlət Himnini oxuyaraq çəkdikləri videolarla qatıldılar.

"Facebook" sosial şəbəkəsindəki “Dövlət Himninin Oxunması Rekordu” səhifəsinə və "Whatsapp" xəttinə video göndərən uşaqların sayı, Prof. Dr. Orhan Kuralın başçılıq etdiyi “Rekord Qeydləri və Hakim Heyəti” tərəfindən hesablanıb.

2 min 135 uşağın qatıldığı kampaniyada ən çox uşaqla “Dövlər Himni oxuyaraq video çəkmək” rekordu yenilənib.

Yeni növ koronavirus (Covid-19) tədbirləri səbəbindən rekord sınağının təltifetmə mərasimi videokonfrans vasitəsilə həyata keçirilib.



Әlaqәli Xәbәrlәr