Korona virusuyla mübarizədə "İsveç modeli"

Avropa ölkələri yeni növ korona virusuyla mübarizədə qəti tədbirlər görür, amma İsveçin “Covid-19”a mülayim müdaxiləsi müzakirələrə səbəb olub.

1388638
Korona virusuyla mübarizədə "İsveç modeli"

 

  Avropa ölkələri yeni növ korona virusuyla mübarizədə qəti tədbirlər görür. Amma İsveçin “Covid-19”a mülayim müdaxiləsi müzakirələrə səbəb olub. Belə ki, ölkədə korona virusuyla mübarizə çərçivəsində liseylər və universitetlər bağlansa da, uşaq bağçaları, ibtidai məktəblər, restoranlar, kafelər, idman salonları, ticarət mərkəzləri və ictimai nəqliyyat vasitələri çalışır. Bu tətbiqi İsveç İctimai Səhiyyə İdarəsinin epidemioloqu Anders Teqnell “İsveç modeli” adlandırıb.  

  Uppsala Universiteti Virologiya bölümünün professoru Börn Olsen (Björn Olsen) sözügedən mövzu ilə bağlı deyib: “İsveç modeli ilə insanlara həyat və ölüm arasında seçim etmələri istənilir. Bu, başqa ölkələrə də nümunə ola bilər”.

  Umea Universiteti Klinik Mikrobiologiya bölümünün professoru Frederik Elq (Elgh) prosesləri dərin narahatlıqla izlədiyini bildirərək söyləyib: “İsveç virusun yayılmasına rahat baxan yeganə ölkədir. Halbuki təcili Stokholmda karantin elan edilməlidir”.

  Umea Universiteti Epidemiologiya və İctimai Səhiyyə İdarəsinin professoru Yoakim Roklöv (Joacim Rocklöv) isə “İsveç modeli”ni “iqtisadiyyatı xilas etmək üçün dəli və riskli hərəkət” adlandırıb.

  İki minlik müəllim heyəti bəyanatlar verərək hökumətdən digər ölkələr kimi dərhal tədbirlər görülməsini istəyir.

  Sosial mediada tənqid və təhqirlərə məruz qalan İctimai Səhiyyə İdarəsinin epidemioloqu Anders Teqnell isə İsveç xalqının tövsiyələrə əməletmə mədəniyyətinin olduğunu söyləyib.



Әlaqәli Xәbәrlәr