Dünyanın ən yaşlı kişisi dünyasını dəyişdi

Yaponiyada yaşayan və Ginnesin Rekordları Kitabına "dünyanın ən yaşlı adamı" olaraq qeyd edilən dünyanın ən yaşlı kişi sakini - Titesu Vatanabe 112 yaşında vəfat edib.

1365858
Dünyanın ən yaşlı kişisi dünyasını dəyişdi

T.Vatanabenin adı 2020-ci ilin fevral ayında dünyanın ən yaşlı kişi sakini kimi qeydiyyata alınaraq, Ginnesin Rekordlar kitabına salınıb.

O, uzunömürlülüyünün sirrinin əsəbiləşməməkdə və gülümsəməkdə olduğunu bildirmişdi.

Dünyanın ən yaşlı kişi sakininin beş uşağı, 12 nəvəsi və 16 nəticəsi var.

Hazırda dünyanın ən yaşlı qadın sakini də yaponiyalıdır. Kane Tanakanın 117 yaşı var. 



Әlaqәli Xәbәrlәr