Ən çox sevilən liderlərin siyahısı açıqlandı

Prezident Rəcəb Tayyib Ərdoğan Şimali Makedoniyada ən çox sevilən lider oldu.

1358946
Ən çox sevilən liderlərin siyahısı açıqlandı

İsveçrədə yerləşən beynəlxalq araşdırma şirkəti “Gallup International Association”nın (GIA) üzvü Brima Araşdırma Agentliyinin apardığı sorğunun nəticələrinə görə, prezident Ərdoğan "dünyanın ən sevimli liderləri" siyahısında birinci yeri tutdu.

Anketə qatılanların 60 faizi prezident Ərdoğan haqqında müsbət fikir bəyan edib.

Prezident Ərdoğanı 54 faiz ilə Almaniya kansleri Angela Merkel və Rusiya prezidenti Vladimir Putin, katolik dünyasının mənəvi lideri Papa Franciskus və ABŞ prezidenti Donald Tramp izləyib.

Avropa İttifaqının (Aİ) Şimali Makedoniya ilə danışıqlarına veto qoyan Fransa prezidenti Emmanuel Makron siyahıda son sıraa qərarlaşıb. Makron ilə bağlı sorğuda iştirak edənlərin ancaq 21 faizi onun haqqında müsbət fikir bəyan edib.



Әlaqәli Xәbәrlәr