Nigeriyanın Laqos şəhərində motosikletdən istifadə qadağan olunub

Qərbi Afrika ölkəsi Nigeriyanın ticarət mərkəzində və keçmiş paytaxtı Laqosda artan qəza və cinayət səbəbiylə motosikletdən istifadə edilməsi qadağan olunub.

1348952

Laqos əyalət hökumətinin verdiyi açıqlamada fevral ayından etibarən ölkədə "Keke" adlı motosikllərin şəhərin İkeja, Lagos Mainland, Lagos İsland, Apapa, Surulere və Eti Osa bölgələrində asan nəqliyyat vasitəsi kimi istifadəsinin qadağan ediləcəyi bildirildi.

Açıqlamada 2016-2019-cu illərdə şəhərdə tez-tez baş verən yol qəzalarının qarşısını almaq üçün belə bir qərarın verildiyi qeyd edildi.

Silahlı dəstələrin motosikletlərdən istifadə etdiyi ölkənin müxtəlif yerlərində insanların əmin-amanlığı və əmlakın təhlükəsizliyini təmin etmək üçün motosikletlərin istifadəsi qadağan edilmişdi.

Etiketlәr: #motosiklet , #Nigeriya

Әlaqәli Xәbәrlәr