İtaliyada qeyri-sabit hava 3 nəfərin ölümünə səbəb oldu

İtaliyanı təsiri altına alan uzunmüddətli anomal istilərdən sonra  hökm  sürməyə  başlayan  qeyri-sabit hava 3 nəfərin ölümünə səbəb olub.

1327949
İtaliyada qeyri-sabit hava 3 nəfərin ölümünə səbəb oldu

İtaliya mətbuatında   əks  edən məlumata görə, ölkənin bir çox yerlərində leysan yağışlar yağıb. Güclü külək təhlükə yaradıb. Bir nəfər çayın daşması nəticəsində avtomobilində boğulub, Norveçdən olan idmançı xanımı isə ildırım vurub. Daha bir nəfər isə qasırğaya düşərək həlak olub.



Әlaqәli Xәbәrlәr