Çinli aktyor Zhu Yawen Türkiyənin turizm elçisi oldu

Türkiyənin Pekin səfiri Abdulkadir Əmin Önən Çinli aktyor Zhu Yawenı Türkiyənin turizm elçisi elan etdi.

1327030
Çinli aktyor Zhu Yawen Türkiyənin turizm elçisi oldu

Çinli aktyoru  Pekindəki səfirlikdə qəbul edən Səfir Önən, Türkiyə-Çin əlaqələri və iki ölkənin mədəniyyət turizmi sahəsində atdığı addımlara toxununb. Çindən Türkiyəyə səyahət edən turist sayının 1 milyona çatdırılmasının Çin Dövlət Başçısı Şi Cinping və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ortaq hədəfi olduğunu xatırladan səfir Önən bunun reallaşması üçün səfirlik olaraq sıx işlər gördüklərini vurğulayıb.

Zhu Yawenı Türkiyəyə dəvət edən səfir Önən, Türkiyə və Çin arasında ortaq film və seriyal istehsalına   dair layihələrin həyata keçirilməsi və Çinin Yaweni kimi məşhur bir simanın ortaq ekranlarda olmasının mövcud əlaqələrin inkişafı və Türkiyənin təqdimatı baxımından səmərəli olacağına inandığını qeyd  edib.   Səfir  danışıqlardan  sonra   aktyora turizm  elçisi  sertifikatı təqdim   edib.

Bir çox sayda filmdə baş   aktyor  olan və Forbes jurnalı tərəfindən Çinin ən məşhur adamlarından biri adlandırılan Zhu Yawen, hazırda Çinin Ming sülaləsini şərh edən "Ming İmperatorları" adlı seriyalın baş aktyoru olaraq çəkimlərə davam edir.



Әlaqәli Xәbәrlәr