Türk mədəniyyətilə tanış olmaq üçün fermada könüllü işləyən əcnəbi gənclər

Yerli həyat tərzlərini təcrübə etmək üçün müxtəlif ölkələrdən  Türkiyənin Biləcik şəhərinə gələn gənclər fermada təbiətin qoynunda kənd həyatı yaşayır.

1324801
Türk mədəniyyətilə tanış olmaq üçün fermada könüllü işləyən əcnəbi gənclər

Yerli həyat tərzlərini təcrübə etmək üçün müxtəlif ölkələrdən  Türkiyənin Biləcik şəhərinə gələn gənclər fermada təbiətin qoynunda kənd həyatı yaşayır.

Sosial şəbəkə üzərindən əlaqə saxlayaraq, Gölpazarı rayonunda davamlı əkinçilik ferması quran 41 yaşındakı Selcuq Şahinin fermasına gələn gənclər həm Türk mədəniyyətilə tanış olurlar, həm də və heyvandarlıq və əkinçilik haqqında məlumat alırlar.

Zeytinliboğaz vadisindəki fermada səhərin ilk işığından oyanan gənclər günə saxladıqları toyuqların yumurtaları ilə nahar edərək başlayırlar. Bölgə xalqı ilə bir arada olan gənclər zeytun, soğan və sarımsaq kimi bitkilər əkib biçməyi öyrənirlər.

Fermaya könüllü olaraq dünyanın hər yerindən gələn gənclər var.

Fermaya gələn gənclər çox fərqli həyat təcrübələri qazanaraq ölkələrinə qayıdırlar. Fermada komanda olma, empatiya, bacarıq, motivasiya əldə edirlər, isti münasibətləri, dostluq, qardaşlıq, valideyn-ata münasibətlərini və kənddəki insanların münasibətlərini müşahidə edirlər.

3 həftə əvvəl Gölpazarıya gələn 25 yaşlı kanadalı Sol Prenail də Türk xalqını çox sevdiyini və hamının ona isti münasibət bəslədiyini söyləyib.

22 yaşlı fransız Kolin Savin isə Le Mans şəhərində bir tikinti maşınları icarəsi şirkətinə sahib olduğunu və iki aydır fermada olduğunu bildirib.



Әlaqәli Xәbәrlәr