Muzeydən kommunizm dövrünə aid əşyalar oğurlanıb

Almaniyanın paytaxtı Berlində olan Stasi Muzeyindəki kommunizm dövrünə aid medal və ləl-cəvahirat oğurlanıb.

1316258
Muzeydən kommunizm dövrünə aid əşyalar oğurlanıb

 

  Almaniyanın paytaxtı Berlində olan Stasi Muzeyindəki kommunizm dövrünə aid medal və ləl-cəvahirat oğurlanıb.

  Yerli media xəbərlərinə görə, Şərqi Almaniya Dövlət Təhlükəsizlik Nazirliyi bildirib ki, Stasinin köhnə mərkəzində olan muzey birinci mərtəbədəki nərdivandan içəri girən oğrular tərəfindən soyulub.

  Muzeyin direktoru Yorq Drizelmennın (Jörg Drieselmann) sözügedən mövzu ilə bağlı deyib:

  “Oğurlanan ləl-cəvahiratın arasında üzük və saatlar var. Bundan başqa, bir zaman Şərqi Almaniyada kommunistlərə verilən, ən yüksək mükafatlardan olan “Karl Marx” və “Lenin” nişanları da oğurlanan əşyalar arasındadır. Ümumilikdə bunların maddi dəyəri cəmi bir neçə min avrodur, yəni böyük xəzinə deyil, amma bura bir tarix muzeyidir".

  Xatırladaq ki, bir neçə gün əvvəl Avropanın ən köklü muzeylərindən olan “Grünes Gewölbe” də tarixi bir soyğunla gündəmə gəlmişdi. İki oğru Almaniyanın bu muzeyindən 3 almaz ləl-cəvahirat komplektini oğurlayaraq qaçıblar və hələ tapılmayıblar. Ləl-cəvahiratların bir milyard avrodan artıq dəyərə malik olduğu açıqlanmışdı.



Әlaqәli Xәbәrlәr