Assosda 2300 yaşlı balıqqabılar və qarmaqlar tapıldı

Antik zamanlarda Troas adlandırılan bölgənin cənub ucunda, vulkan təpəsi və yamaclarında, Yunanıstanın Midilli adasının qarşısında tikilən şəhər əsrlər boyu bir çox mədəniyyətlərə ev sahibliyi edib.

1289094
Assosda 2300 yaşlı balıqqabılar və qarmaqlar tapıldı

 

  Türkiyənin Çanaqqala rayonunun Ayvacıq qəsəbəsinə bağlı Behramkale kəndində - antik dövrün ən mühüm liman şəhərlərindən Assosda 2300 yaşlı 3 balıqqabı və eyni dövrə aid olduğu təxmin edilən qarmaq tapılıb.

  Antik zamanlarda Troas adlandırılan bölgənin cənub ucunda, vulkan təpəsi və yamaclarında, Yunanıstanın Midilli adasının qarşısında tikilən şəhər əsrlər boyu bir çox mədəniyyətlərə ev sahibliyi edib.

  Assosda ABŞ arxeoloqları tərəfindən 1800-cü illərdə ilk dəfə aparılan qazıntı işləri uzun illərdən sonra – 1981-ci ildə yenidən başlandı. Son 38 ildir ki, bölgədə Türkiyənin alimləri tərəfindən qazıntı çalışması aparılır.

  Çanaqqala On Səkkiz Mart Universiteti (ÇOMÜ) Fən Ədəbiyyat fakültəsi arxeologiya bölümünün müəllimi və Assos Antik Şəhər Qazıntı Heyətinin rəhbəri professor Nurəddin Arslan qazıntı və bərpa işlərinin Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, Türk Tarix Təşkilatının dəstəyi və İÇDAŞ-ın sponsorluğu ilə davam etdiyini söyləyib. Xüsusilə bişmiş torpaqdan hazırlanmış, balıqqabı adlandırılan qablar tapdıqlarını bildirən N.Asrlan mövzu ilə bağlı deyib:

  "Nümunələr antik dövrdə Assosda balıq istehlakına bağlı mühüm məlumatlar verir. Bundan başqa, balıq ovunda istifadə edilən, bürüncdən olan qarmaqlara da qazıntılarda tez-tez rast gəldik. Balıq toru qurmaq üçün istifadə edilən digər alətlər də tapdıq.

  Assos Egey dənizi sahilində bir liman şəhəri olduğu üçün antik dövrdə təməl qidalar arasında balıqçılıq mühüm yer tuturdu”.



Әlaqәli Xәbәrlәr