ABŞ tarixi əsərləri İrana qaytardı

ABŞ Əhəmənilər İmperiyası dövrünə (Fars) məxsus 1783 tarixi əsəri İrana qaytardı.

1280513
ABŞ tarixi əsərləri İrana qaytardı

Çikaqo Universitetinin Şərqşünaslıq İnstitutu Muzeyindən götürülən və dünyanın ən qədim abidələrindən Taxt-ı Cəmşidin hissələri olduğu bildirilən 1783 lövhədən 110-u Tehrandakı İran Milli Muzeyində nümayiş etdirildi.

Əsərlərin təqdimatı ilə bağlı İran Milli Muzeyində keçirilən tədbirdə Mədəni Miras, İncəsənətlər və turizm naziri Əli Əsgər Munisan, Çikaqo Universitetinin Şərqşünaslıq İnstitutunun direktoru Kristofer Wods və digər rəsmilər iştirak ediblər. Tədbirdə çıxış edən İran Milli Muzeyinin baş direktoru Cəbrail Nukende, əsərlərin qaytarılmasına dair başladılan məhkəmə prosesinin 14 il davam etdiyini bu prosesin sonunda qəbul edilən qərar çərçivəsində 30 Sentyabrda lövhələrin Tehrana qaytarıldığını bildirib.

Çikaqo Universitetinin Şərqşünaslıq İnstitutunun direktoru Wods da əllərində İrana məxsus minlərlə tarixi əsərin olduğunu bunları hissələrə bölərək İrana qaytaracaqlarını qeyd edib. Lövləhərin nəqliyyatının texniki baxımdan asan iş olmadığını qaytarılan hissələrin ancaq 8 ayda qablaşdırıldığını söyləyib.

Çikaqo Universitetinin alimlərindən Prof. Dr. Metyu W. Stolper də İlamca, Aramaik və Köhnə Fars dilində yaşılmış lövhələrdə Əhəmənilər haqqında əhəmiyyətli məlumatlar əks etdiyinə diqqət çəkib.

Stolper ölkələrindəki lövhələrdən 6 min 500-nün Ilamca və 850-nin isə aramail dillərində olduğunu müəyyənləşdirdiklərini, 4 min möhürün deşifrə edildiyini bildirib.

İran Muzeylər baş direktoru Muhammad Reza Kargər də əsərlərin qaytarılmasında ABŞ hökumətinin maneə törətmədiyini qeyd edib.

 



Әlaqәli Xәbәrlәr