Hollandiyada restoran və kafelərdə siqaret çəkmək qadağan edildi

Hollandiya Dövlət Şurası, restoran və kafelərdə təşkil edilən qapalı bölmələrdə siqaret çəkilməsinə icazə verən qərarın ləğv edildiyini açıqlayıb.

1277756
Hollandiyada restoran və kafelərdə siqaret  çəkmək qadağan edildi

Dövlət Şurasından yayılan yazılı şərhdə bildirilib ki restoran və kafelərdə

Xüsusi icazə ilə həsr edilmiş qapalı bölmələrdə 27 Sentyabr tarixindən tutmuş siqaret çəkmik qadağan edildi. Buna restoran və kafe işçiləri məhs siqaret çəkməyənlərin siqaret tüstüsünə məruz qalabiləcəkləri ehtimalı səbəb göstərilib. Həmçinin xüsusi bölmələrdə siqaret çəkminin Ümumdünya Sağlamlıq Təşkilatı Sazişinə zidd olduğu vurğulanıb.

Qeyd edək ki, 1 iyul 2008-ci il tarixindən etibarən ölkədə restoran və kafelərdə siqaret çəkmək qadağan edilmişdi. Ancaq xüsusi icazə ilə siqaret çəkənlər üçün qapalı bölmələr yaradılmasına icazə verilmişdi.

 



Әlaqәli Xәbәrlәr