Malayziyada çirkli hava şəraiti həyatı ifliç etdi

Malayziyanın cənubunda, İndoneziyanın Sumatra və Kalimantan adalarının şimalında baş verən meşə yanğınlarının səbəb olduğu tüstü buludları və hava çirkliliyinə görə ölkənin 4 fərqli bölgəsində məktəblər 2 gün tətil edildi.

1272320
Malayziyada çirkli hava şəraiti həyatı ifliç etdi

Təhsil Nazirliyindən yayılan açıqlamada hava çirkliliyi indeksinin təhlükəli seviyyəyə çatdığı, bu səbəblə paytaxt Kuala Lumpur başda olmaqla Putrajaya və Selangor və Penanq əyalətlərində cəmi 1658 məktəbdə təhsilə 2 gün fasilə verildiyi bildirildi.

Qeyd edək ki, 18 Sentyabrda çirkli hava şəraitinə görə ölkənin fərqli bölgələrində 553 məktəb tətil edilmişdi.

Məlumata görə havanın çirklənməsinə və tüstü bulutlarına görə təyyarə reysləri də ləngiyir.



Әlaqәli Xәbәrlәr