Uşağın ağzında 500-dən çox artıq diş tapıldı

Hindistanda yeddi yaşlı oğlan uşağının 526 ədəd artıq dişi çıxarılıb.

1246402
Uşağın ağzında 500-dən çox artıq diş tapıldı

Ravindran soyadlı oğlan uşağı aşağı çənəsinin sağ küncündə böyüyən şişə görə həkim yanına aparıblar.

Həkimlər müayinə apardıqdan sonra onu cərrahiyyə əməliyyatına alıblar. Əməliyyat nəticəsində çəkisi 200 qram olan şiş götürülüb.

Tibb işçiləri güman edirlər ki, genetika və ətraf mühit belə anomaliyanın əmələ gəlməsinə səbəb olub.

İndi Ravindranın 21 dişi var və bu qədər dişin olması onun yaş dövrü üçün normal hesab edilir.

 

 



Әlaqәli Xәbәrlәr