İdlib xalqı ilə həmrəylik üçün aclıq aksiyası keçirən italyan aparıcı

İtaliyada televiziya aparıcısı Laura Tangherlini Bəşər Əsəd və tərəfdarlarının hücum etdiyi Suriyadakı İdlib xalqı ilə həmrəylik üçün aclıq aksiyasına başladı.

1244323

Tangherlini şəxsi “Twitter” hesabında Suriya və İdlib üçün aclıq elan etdiyini söylədi.

Tangherlini "Nə kitablarım, nə sənədli filmlərim, nə maarifləndirmə mövzusunda təşkil etdiyim konfranslar, nə də xeyriyyə layihələrim ... Heç biri Suriya xalqına kömək etmək üçün kifayət etmir. Buna görə də İdlib və bütün Suriya üçün aclıq aksiyasına başlamışam. Okean damcılardan ibarətdir" dedi.

Әlaqәli Xәbәrlәr