Alimlər beynin qocalması prosesini tədqiq ediblər

Bir qrup alim beynin qocalması prosesində onun funksiyalarının yenidən təşkil olunduğunu müəyyənləşdiriblər.

1200117
Alimlər beynin qocalması prosesini tədqiq ediblər

 

İnsan yaşa dolduqca, onun beyni qocaldıqca beynin prefrontal qabığının müxtəlif hissələri arasında uzlaşma zəifləyir.

Bir qrup alim beynin qocalması prosesində onun funksiyalarının yenidən təşkil olunduğunu müəyyənləşdiriblər. Әvvəlki ehtimallardan fərqli olaraq, bu prosesin tədricən deyil, xeyli sürətlə getməsi məlum olub. Mütəxəssislər 82 tədqiqatın nəticələrini təhlil edərək bu qənaətə gəliblər ki, müxtəlif yaşlı insanların işçi yaddaşının funksiyaları fərqlidir.

Tədqiqatın müəllifləri bildiriblər ki, 18-35 yaşlı insanlarda prefrontal qabığın müxtəlif sahələri arasında uzlaşma daha yüksək olur, 35-55 yaşlarında uzlaşma tədricən zəifləyir, 55 yaşdan sonra isə uzlaşmanın açıq-aşkar zəifləməsi müşahidə olunur.

 

 

 

 

Mənbə:Azərtac



Әlaqәli Xәbәrlәr