Dünyanın ən böyük ikinci almazı tapıldı

Cənubi Afrika ölkələrindən Botsvanada bir mədəndə dünyanın ən böyük 2-ci almazı tapılıb.

1190677
Dünyanın ən böyük ikinci almazı tapıldı

Mərkəzi Kanadada olan Lucara Diamond şirkətinin məlumatına görə, Karowe Mədənində tapılan almaz 1758 karatdır.

Qiymət və keyfiyyəti ilə əlaqədar araşdırmalar aparılan almaz, Botsvana şəhərində kəşf edilən və son zamanlarda dünyada aşkarlanan ən böyük ikinci almaz hesab edilir. Tennis topundan daha böyük olan almazın çəkisi isə 352 qramdır.

Xatırladaq ki, Dünyanın ən böyük ilk almazı 1905-ci ildə Cənubi Afrikada tapılıb. Bu almaz 3 min 106 karatdır.



Әlaqәli Xәbәrlәr