Diriliş Ərtoğrul serialının baş rol aktyoru Küveytdə

Türkiyə Radio Televiziya Şirkəti TRT-in reytinq rekordları qıran Diriliş Ərtoğrul serialının baş rol aktyoru Əngin Altan Düzyatan Küveytdə pərəstişkarları ilə  bir araya gəldi.

1190339
Diriliş Ərtoğrul serialının baş rol aktyoru Küveytdə

Öz adına istehsal ediləcək ətirin təqdimat mərasiminə qatılmaq üçün Küveytə gedən Düzyatan, paytaxtdakı  Əl Hamra Towerdə pərəstişkarlarının qarşısına çıxdı.

Tədbirdə Türkiyənin Küveyt səfiri Ayşe Hilal Sayan Koytak və  Əngin Altan Düzyatanın  pərəstişkarı qatıldı. Serial musiqiləri səsləndirilən tədbirdə məşhur aktyorla fotoşəkil çəkmək üçün izdiham yaşandı.



Әlaqәli Xәbәrlәr