Səhvən hakimiyyətin namizədinə səs verdiyinə görə barmağını kəsdi

Hindistan tarixində miqyasına görə ən böyük seçkilər keçirilir.

1186610
Səhvən hakimiyyətin namizədinə səs verdiyinə görə barmağını kəsdi

Hindistan tarixində miqyasına görə ən böyük seçkilər keçirilir. Hind xalqı parlamentə layiqli nümayəndələrini seçir.

Seçkilərdə 900 milyona yaxın insan iştirak edir. Böyük qalmaqallar nəzərə çarpmır. Amma çox maraqlı hadisələr baş verir. Məsələn, seçicilərdən biri barmağını kəsib. Müxalifət namizədinə səs verməyi düşünən Pavan Kumar adları səhv salaraq hakimiyyətdəki Bharatiya Janata Partiyasının (BJP) təmsilçisinin qarşısına işarə qoyub. Hind seçici səhvini başa düşəndən sonra özünü heç cür bağışlaya bilməyib. Kumar işarə barmağını kəsib.

Pavanın dediyinə görə, onu namizədlərinin adının yanındakı rəmzlər çaşdırıb. “Fil”i seçməkdən “çiçəy”in qarşısına işarə qoyub.

Partiyaları da qınamaq olmur. Hindistanda savadlılıq dərəcəsi çox aşağı olduğundan, seçicinin rahat ayırd etməsi üçün siyasi təşkilatlar fərqli yollardan istifadə edir.



Әlaqәli Xәbәrlәr