Orqanizmdə piyin miqdarının çox olması insultdan sonra sağ qalmaq şansını yüksəldir

Həkimlər piylənmə paradoksu ilə ilk dəfə qarşılaşmırlar.

1161225
Orqanizmdə piyin miqdarının çox olması insultdan sonra sağ qalmaq şansını yüksəldir

Orqanizmdə piyin miqdarının çox olması insultdan sonra sağ qalmaq şansını yüksəldir.

Bu barәdә Amerikanın Nevralogiya Akademiyasının alimlәri bildirirlәr.

Həkimlər piylənmə paradoksu ilə ilk dəfə qarşılaşmırlar. Bu o deməkdir ki, artıq çəkinin orqanizmin sağlamlığına təkcə təhlükə (ürək-damar xəstəlikləri, diabet, xərçəngin inkişafı riskinin artması və s.) yaratdığını düşünmək düzgün deyil. Axı, artıq çəki bəzən orqanizmi qoruyur.

Tədqiqatın müəllifi Tszolu Lyu deyib: “Məlumdur ki, artıq çəki böyrək və ürək xəstəliklərindən əziyyət çəkən insanların sağ qalmasına kömək edir. Buna görə də biz belə bir məsələni aydınlaşdırmaq istədik: artıq çəki insultda sağ qalmaq imkanlarını da artırırmı?”.

Bir qrup alim kəskin işemik insult keçirmiş 1033 xəstənin (orta yaş 71) vəziyyətini üç ay ərzində müşahidə edib. İştirakçıların bədən kütləsi indeksindən (BKİ) asılı olaraq onları beş qrupa bölüblər.

Tədqiqat göstərib ki, piylənmənin ağır formasından əziyyət çəkən insanlar çəkisi normal olanlara nisbətən insultun nəticələrindən 62 faiz az ölürlər. Sadəcə, artıq çəki onların sağ qalmaq şansını 46 faiz artırır. Çəkisi bir qədər artıq olanların isə sağ qalmaq şansı 15 faiz artır. Bu nəticələr alimlər yüksək qan təzyiqi, yüksək xolesterin səviyyəsi, yaxud siqaret çəkmək kimi göstəriciləri nəzərə alandan sonra hesablanıb.

Alimlərin fikrincə, çəkisi artıq olan insanların insult zamanı sağ qalmasına onların bəsləyici maddələr ehtiyatı kömək edir. 

 

 

Mənbə: Azərtac



Әlaqәli Xәbәrlәr