Dünyada danışılan dillərin 43% yox olur

Dünyada fərqli cəmiyyətlərin adət-ənənə, təcrübə və biliklərinin bir nəsildən digərinə köçürülməsində əsas rola sahib 6 min qədər dilin 43% yox olma təhlükəsiylə qarşı-qarşıya gəlib.

1149222
Dünyada danışılan dillərin 43% yox olur

Birləşmiş Millətlər Təşkilatının (BMT) hesabatına görə xüsusilə yerli xalqların danışdıqları dillər yox olma nöqtəsinə çatıb. Bu da yerli xalqlara məxsus faktların qorunması baxımından qeyri adi vəziyyətin yaranmasına gətirib çıxarır. Beynəlxalq hesabatlarda bildirilir ki, hər iki həftədə bir dil yox olur. Bu dünya mədəniyyətinin yox olmasına, zənginliyin azalmasına səbəb olur. BMT-nin hesabatına görə, dünyada 370 milyon yerli əhali var. Yerlilər daha yaxşı həyat axtarışı və torpaqlarına edilən müdaxilələr üzündən məcburi köçə məruz qalırlar. Bu da onların mədəniyyətləri və həyat formalarının qorunaraq davam etməsinə zərbə endirir. Dillərinin yox olmasına gətirib çıxarır. Köçdükləri yerlərdə doğma dillərinin rəsmi və ya təhsil dili olmaması uzun müddətdə yüzlərlə dilin yox olmasına səbəb olur.

Yox olma təhlükəsi ilə qarşı-qarşıya olan dillər arasında İtalyanın müəyyən bölgələrində danışılan Hind-Avropa dil ailəsinə aid Liguryan, Afrikada danışılan Tamaşek, Rumin dillərindən Picard, Şimali Qafqazda yaşayanların danışdığı Qaraçay-Balkar, Pontus, Xorasan Türkcə, Qaqauz dili, Krım Tatar dili, Yunanıstan və İtaliyada danışılan Arbıreş, Gürcüstanda danışılan Svan dili, İrland, Sami dili, Latın Amerikada danışılan Kurripako, Yeni Zelandiya yerlilərinin danışdığı Maori kimi dillər iştirak edir.



Әlaqәli Xәbәrlәr