Asfalt döşənməməsinə etiraz edən əhali yola kartof və soğan əkdi

Əlcəzairin Baghlia qəsəbəsində asfalt döşənməməsinə etiraz edən əhali yola kartof və soğan əkdi.

1131519
Asfalt döşənməməsinə etiraz edən əhali yola kartof və soğan əkdi

Əlcəzairin Baghlia qəsəbəsində asfalt döşənməməsinə etiraz edən əhali yola kartof və soğan əkdi.

Sosial şəbəkədə yer tutan şəkillərdə Baghlia qəsəbəsində əhalinin yola kartof və soğan əkdiyi görünür.

Bölgə sakinlərindən biri deyib: "5 aydan uzun müddətdir ki, yola asfalt döşənməsini gözləyirik”.

Kartof və soğan əkilən prospektdəki dükan sahibləri də buranın palçıq olmasına görə çəkdikləri çətinlikləri belə izah ediblər: “Artıq insanlar palçığa görə buradan keçə bilmir, bu da satışlara mənfi təsir edir. Həmin səbəbdən gəlir əldə edə bilmək üçün yola kartof və soğan əkmək qərarına gəldik”.

20 min insanın yaşadığı Baghlia qəsəbəsinin bələdiyyə sədri isə asfalt işlərinin başladığını, ancaq yağan yağış səbəbindən yarımçıq qaldığını bildirib.

Qəsəbə əlaqəsinin maraqlı etirazından sonra yola asfalt döşəmə işinə yenidən başlanıb.



Әlaqәli Xәbәrlәr