Türk serialları iranlıların oxatma sənətinə marağını artırdı

Türkiyədə son illər çəkilən tarixi seriallar və buralarda istifadə edilən ənənəvi döyüş alətləri İranda ənənəvi Türk oxatmasına olan marağı artırdı.

1126057
Türk serialları iranlıların oxatma sənətinə marağını artırdı

 

 Tehran Yunus Emre İnstitutunun (YEİ) müdir əvəzi Cem Sevindik iranlıların ənənəvi Türk oxatma idman növünü daha ətraflı öyrənməsi üçün açılan kurslara rəğbət göstərdiklərini söylədi.
 
 Türkiyədəki məşhur tarixi serialların İranda ənənəvi oxatma idman növünə marağı artırdığını qeyd edən Sevindik: "Xüsusilə, son dövrdə məşhur olan Türk seriallarında döyüşçülərimizin və atıcılarımızın uğuru çox təsirli olub. Bunları izləyən iranlılar ənənəvi oxatmanı öyrənmək üçün kurslara gedirlər" dedi.
 
 YEİ və Türkiyə Oxatanlar vəqfinin əməkdaşlığı ilə kemankeş (oxatan) layihəsi çərçivəsində ənənəvi Türk oxatma idman növünün dünyada 16 ölkədə tanıdılmağa başlandığını bildirən Sevindik 2018-ci ilin fevral ayında açılan kurslara 55 iranlının qatıldığını bildirdi.
 
 Sevindik 16 ölkədən müraciət edənlər arasında uğurlu olanların Türkiyəyə gəlib Oxatanlar vəqfinin verdiyi təlimdə iştirak etməyə haqq qazandıqlarını və ölkələrinə qayıdaraq ənənəvi Türk oxatma sənətini tanıtdıqlarını qeyd etdi.



Әlaqәli Xәbәrlәr