İranlıların qışda Türkiyədə ən çox sevdiyi məkan

Qarsın Sarıkamış qəsəbəsində yerləşən Cıbıltepe sarı şam meşələri, büllur qar və uzun xizək izləri ilə qış turizminin vazgeçilmez məkanlarından biridir.

1116178
İranlıların qışda Türkiyədə ən çox sevdiyi məkan

  Türkiyənin əhəmiyyətli qış turizm mərkəzləri arasında yer tutan Cıbıltepe Qayaq Mərkəzi İrandan gələnlərin böyük marağına səbəb olur.

  Qarsın Sarıkamış qəsəbəsində yerləşən Cıbıltepe sarı şam meşələri, büllur qar və uzun xizək izləri ilə qış turizminin vazgeçilməz məkanlarından biridir. Son illər bura ölkənin hər yerindən yerli turistlərlə yanaşı xaricdən də çox sayda adam gəlir ki, bu baxımdan ilk sıranı İran tutur.

  İranlı turistlər sarı şam meşələri arasından keçən uzun yoldan xizəklə şütüyür, həm də təbiətin gözəlliyindən zövq alırlar.

  Qeyd edək ki, Cıbıltepe Qayaq Mərkəzinin ümumi uzunluğu 25 km.-dir, 8 “slalom”, 1 “snowboard” meydanı və saatda 1200 nəfəri daşıyan karusel-lifti vardır.



Әlaqәli Xәbәrlәr