Çəhrayı brilyant üzük rekord qiymətə satıldı

İsveçrənin Cenevrə şəhərindəki açıq hərracda "The Pink Legacy" adlı bəzəkli parlaq çəhrayı brilyant üzük rekord qiymətə əl dəyişdirdi.

1087692
Çəhrayı brilyant üzük rekord qiymətə satıldı

  İsveçrənin Cenevrə şəhərindəki açıq hərracda "The Pink Legacy" adlı bəzəkli parlaq çəhrayı brilyant üzük rekord qiymətə əl dəyişdirdi.

  “Christie's” Hərrac Evinin İsveçrənin Cenevrə şəhərində keçirdiyi açıq hərracda 19 karatlık "The Pink Legacy" (Çəhrayı irs) adlı bəzəkli parlaq çəhrayı (Fancy Vivid Pink) brilyant üzüyün 44 milyon 500 min İsveçrə frankına (təxminən 242 milyon TL) satılması dünya rekordu sayılır.  

  Şəhərdəki bir oteldə 24 milyon İsveçrə frankı ilə hərracda satılmaya təqdim olunan bəzəkli parlaq çəhrayı üzük 44 milyon 500 min İsveçrə frankına alıcını tapıb.

  “Christie's” Hərrac Evinin Asiya Sakit Okean Ölkələri üzrə sədri Fransua Kuriel (François Curiel) satışdan sonra verdiyi açıqlamada bildirib: “Bəzəkli çəhrayı brilyant dünya rekordu qıran qiymətə satıldı. Bu günə qədər açıq hərracda satışa çıxarılan ən böyük və ən yaxşı qiymətli metal bu bəzəkli parlaq çəhrayı brilyant üzük oldu. Satışdan böyük məmnuniyyət duyduq. Üzüyü Amerikanın “Harry Winston” cəvahirat şirkətindən satın almışdıq. Satışdan bir neçə saniyə sonra şirkət "The Pink Legacy" adlı brilyant üzüyün adını "Uinston Pink Legacy" olaraq dəyişdi.”

  “Christie's” Hərrac Evinin rəsmiləri düzbucaqlı şəklindəki bu brilyant üzüyün 20-ci əsrin 20-ci illərində Cənubi Afrika Respublikasından gəldiyini, "The Pink Legacy"ni almaz ticarəti edən yəhudi milyarder Oppenheimer ailəsindən miras qaldığını bildirib.



Әlaqәli Xәbәrlәr