İranlı turistlərin ən çox səfər etdiyi ölkə

İranlı Tələbələr Xəbər Agentliyinin (İSNA) məlumatına görə, M.Hayyatiyan deyib...

1064536
İranlı turistlərin ən çox səfər etdiyi ölkə

  İran Turizm Təşkilatının sədr müavini Məhəmməd Hayyatiyan son 5 ayda ölkə xaricinə çıxan iranlı turistlərin ən çox Türkiyəyə səfər etdiklərini açıqlayıb.

  İranlı Tələbələr Xəbər Agentliyinin (İSNA) məlumatına görə, M.Hayyatiyan deyib:

  “Son 5 ayda İrandan ölkə xaricinə 3 milyon 92 min 759 nəfər çıxıb, birinci sırada Türkiyə olmaqla, İraq, Birləşmiş Ərəb Əmirlikləri, Azərbaycan və Gürcüstana səfər edib.

  Ötən illə müqayisədə bu il ölkə  xaricinə gedən iranlı sayında 11 faiz azalma müşahidə olunub.”

  Türkiyə Otelçilər Birliyi (TÜROB) tərəfindən 2018-ci ilin fevralında verilən açıqlamada 2017-ci ildə Türkiyənin İrandan 2 milyon 500 min turisti qəbul etdiyi bildirilir.



Әlaqәli Xәbәrlәr