2 min 300 illik ailә qәbristanı aşkar edildi
Antik dövrün ən mühüm liman şəhərlərindən biri olan Çanaqqalanın Ayvacık qәsәbәsindәki Assos antik şəhərində aparılan arxeoloji tәdqiqatlar zamanı 2 min 300 illik ailə qәbristanı aşkar edilib.
Antik dövrün ən mühüm liman şəhərlərindən biri olan Çanaqqalanın Ayvacık qәsәbәsindәki Assos antik şəhərində aparılan arxeoloji tәdqiqatlar zamanı 2 min 300 illik ailə qәbristanı aşkar edilib.
Assos antik şәhәri Roma dövrünә aid antik teatr, aqora, nekropol və qala divarları ilә hәr il minlәrlә yerli vә xaricdәn gәlәn turistlәrin diqqәtini cәlb edir.
Bölgədə davam edən arxeoloji tәdqiqatlar nәticәsindә aşkar edilәnlәr arxeologiya dünyasına işıq tutur.
Çanaqqala On Sәkkiz Mart Universitetinin Fәnn-Әdәbiyyat Fakültәsinin Arxeologiya kafedrası vә Asos antik şәhәrindә qazıntı işlәri hәyata keçirәn heyәtin sәdri Professor Nurәddin Arslan 2018-ci ildә arxeoloji tәdqiqatların davam etdirildiyini deyib.
Arslan bu il hәyata keçirilәn arxeoloji tәdqiqatlar zamanı Asos antik şәhәrindә 2 min 300 illik ailә qәbristanı aşkar edildiyini söylәyib.
‘‘Bölgәdә hәyata keçirdiyimiz arxeoloji tәdqiqatlar zamanı bir ailә qәbristanı kәşf etdik. Mәzarın qapağında ailәnın soy adı olan Aristios yazılı idi. Hәyata keçirilәn araşdırmalar nәticәsindә Aristios ailәsinә aid mәlumatlar әldә etdik. Ailә qәbristanlığının әtrafı divarlarla әhatә olunmuşdu. Ailә qәbristanlığında 21 şәxsә ail mәzar aşkar etdik’’,- deyә Çanaqqala On Sәkkiz Mart Universitetinin Fәnn-Әdәbiyyat Fakültәsinin Arxeologiya kaffedrası vә Asos antik şәhәrindә qazıntı işlәri hәyata keçirәn heyәtin sәdri Professor Nurәddin Arslan qeyd edib.