"Qırmızı Düdük" kampaniyasına TRT-dən dəstək

Bu dəfə uşaqlar nəqliyyatın hərəkətinə nəzarət etmək üçün iş başına keçdilər. TRT-nin dəstək verdiyi kampaniyada TRT-nin sevilən seriallarının aktyorları rol aldılar.

1034676
"Qırmızı Düdük" kampaniyasına TRT-dən dəstək

  Nəqliyyatın hərəkətinə nəzarət məqsədilə yeni bir kampaniya başladıldı.

Bayram səfərindən əvvəl nəqliyyat vasitələrinin hərəkət qaydalarına riayət etməsini uşaqlar təmin edəcəklər. 

Onlar qaydaları pozan valideynlərinə qırmızı düdüklə xəbərdarlıq edəcəklər.
 
 "Qırmızı Düdük" kampaniyasına TRT də dəstək verir. Sevilən seriallar - "Egenin Hamsisi" və "Əlimi Buraxma"nın aktyorları hazırlanan sosial reklam video-çarxlarında rol aldılar.
 
 Layihə çərçivəsində uşaqlara 100 min qırmızı düdük paylanıldı. 

Beləliklə, uşaqlar bayram tətili ərzində yollarda önəmli vəzifələr icra edəcəklər.
 
 Uşaqlar  bu vəzifəni məmnuniyyətlə öhdələrinə götürdülər. Böyüklər isə  yeni tətbiqdən razıdırlar.



Әlaqәli Xәbәrlәr