Ağcaqanadların səmtə giriş qadağası "öz təsirini göstərdi"

Fransanın Mein-Luara (Maine-et-Loire) bölgəsindəki Briollay bələdiyyəsinin sədri Andre Marşan (Andre Marchand) “ağcaqanad hücumu” şikayətlərinə cavab olaraq "ağcaqanadların səmtə girişini qadağan edən qərar” verdi.

1019496
Ağcaqanadların səmtə giriş qadağası "öz təsirini göstərdi"

  Mətbuata verdiyi açıqlamada A.Marşan bu barədə deyib: “Üç min adamın yaşadığı Briollay keçən aykı sellərdən sonra ağcaqanadların hücumuna məruz qalıb. Səmt sakinləri bundan şikayət və həll tapılması üçün təzyiq edir. Biz də "Main-Luaraya ağcaqanadların girişini qadağan edən qərar” vermək məcburiyyətində qaldıq. Əslində bu "qərar" ancaq “insanlara bu məsələdə heç bir yardım edə bilməyəcəyimizin yumoru” yoludur. Çünki Main-Luaranın müxtəlif yerlərində ağcaqanadlara qarşı tədbirlər görülür, amma camaat hələ də şikayət edir, bilmirik daha neyləyək. Maraqlı olan budur ki, qərarı verdikdən sonra təsadüfən ağcaqanadların səmtə hücumu azalıb”.



Әlaqәli Xәbәrlәr