Kanadada marixuana leqallaşdırıldı

Kanada Senatı ölkədə marixuananın leqallaşdırılmasına dair qanun layihəsini təsdiq etdi.

995961
Kanadada marixuana leqallaşdırıldı

Kanada Senatı ölkədə marixuananın leqallaşdırılmasına dair qanun layihəsini təsdiq etdi. 

Bununla bağlı qanun layihəsi 52 parlamentari tərəfindən təsdiqlənib, layihənin əleyhinə 29 nəfər səs verib, daha 2 nəfər bitərəf qalıb.

Senator Toni Dinin sözlərinə görə, 90 illik qadağanın ləğv olunması Kanada üçün tarixi bir gündür.

Bununla da ölkələr arasında marixuananın leqallaşdırıldığı ölkə sayı iki oldu. Uruqvayda 2013-cü ildən marixuana leqal şəkildə istifadə edilir.

Marixuana artıq ölkədə federal lisensiyaya sahib istehsalçılardan internet vasitəsilə də sifariş edilə biləcək, böyüklərin ictimaiyyətə açıq məkanlarda 30 qramadək qurudulmuş marixuana daşımasına icazə veriləcək.



Әlaqәli Xәbәrlәr