Alimlər ömrü uzatmağın effektiv yolunu açıqlayıb

Sürətli yürüş asta gəzinti ilə müqayisədə insan həyatını daha effektiv uzadır.

985812
Alimlər ömrü uzatmağın effektiv yolunu açıqlayıb

Sidney Universitetinin alimləri İngiltərə və Şotlandiyada 50 min 225 insanın müayinəsindən əldə olunan məlumatlar əsasında təhlillər aparıblar. Tədqiqat iştirakçıları mütəxəssislərə piyada gəzinti zamanı hansı tempi (yavaş, orta, yaxud sürətli) daha çox sevdiklərini bildirib.

Alimlər yaş, cins, ümumi fiziki aktivlik və bədən çəkisinin indeksi kimi faktorlar nəzərə alınmaqla, əldə olunan məlumatları tədqiq ediblər. Məlum olub ki, asta yerişlə müqayisədə orta temp vaxtsız ölüm riskini 20 faiz, sürətli temp 24 faiz azaldır. Habelə gəzintinin müsbət təsiri 60 yaşdan yuxarı insanlarda daha çox nəzərə çarpır. Belə ki, orta temp ürək-damar xəstəliklərindən ölüm riskini 46 faiz, sürətli temp isə 53 faiz azalda bilir.

 

 

Mənbə:Azərtac



Әlaqәli Xәbәrlәr