Merapi vulkanı tüğyan edir

İndoneziyanın Yava adasında vulkan püskürür. Təhlükənin artması səbəbiylə yaxın ərazilərdə yaşayanlar köçürülür.

976057
Merapi vulkanı tüğyan edir

İndoneziya fövqəladə hallar idarəsinin məlumatına görə Merapi Vulkanı sutka ərzində 4 dəfə  partlayıb. Təhlükənin artması səbəbindən həyəcan siqnalı verilib. Əhalidən ərazidən ən az 3 kilometr uzaqda qalması tələb olunub.

Fövqəladə Hallar İdarəsinin mətbuat katibi Sutopo Purvo Muqrohon da təxminən 660 insanın təhlükəsiz əraziyə təhvil verildiyini bildirib.

Qeyd edək ki, 11 Mayda vulkanın kraterindən 5 kilometr radiusda yaşayanlar evlərini tərk etməyə çağırılmışdı. Cokyakarta şəhəri yaxınlığındakı Adisutjipto beynəlxalq hava limanı isə müvəqqəti olaraq bağlanmışdır.

Xatırladaq ki, 2010-cu ildə Merapi vulkanının püskürməsi nəticəsində 347 nəfər həlak olmuşdur.

 

 



Әlaqәli Xәbәrlәr