Hindistanda Nipah virusu yenidǝn  aşkarlanıb

Hindistanın Kerala əyalətində 10 nəfərin ölümünə səbəb olan Nipah virusuna görə 100 nəfər də karantin altına alınıb.

976484
Hindistanda Nipah virusu yenidǝn  aşkarlanıb

Məlumata görə Yarasalar vasitəsilə meyvələrə bulaşan virusa yoluxanların 40-75%-i dünyasını dəyişir. Xəstəliyin əlamətləri qızdırma, baş və boğaz ağrısı, yorğunluq, baş fırlanmasıdır və qripə oxşayır. Virus ağciyər və beyində su toplanmasına səbəb olur. İlk dəfə Malaziyanın Nipah ərazisində aşkarlanan virusun bioloji silah olması iddialar arasındadır. 

Xurma, xurma bəhməzi kimi məhsullarda Nipahın tapılma ehtimalı yüksəkdir. Yarasalar vasitəsilə meyvələrə bulaşan virus daha çox Sinqapur, Malaziya, Hindistan və Banqladeşdə qeydə alınıb.

Dünya Səhiyyə Təşkilatına görə, xəstəliyi dərmanla sağaltmaq və ölüm təhlükəsini aradan qaldırmaq mümkün deyil. Virusa yoluxan şəxsə erkən diaqnoz qoymaq, xəstəliyə müqavimət göstərə bilmək üçün lazımlı tədbirlərin həyata keçirilməsi insanları xilas edə bilər. Mütəxəssislər virusa qarşı peyvənd üzərində çalışır.



Әlaqәli Xәbәrlәr