Saraybosna klassik avtomobil sahiblərilə həvəskarlarını bir araya gətirdi

Avropanın müxtəlif ölkələrindən gələn klassik avtomobil və motosiklet sahibləri və həvəskarlarını Bosna və Herseqovinanın paytaxtı Saraybosna bir-birilə görüşdürüb.

964666
Saraybosna klassik avtomobil sahiblərilə həvəskarlarını bir araya gətirdi

    XVI Beynəlxalq Klassik Avtomobil və Motosiklet Görüşü üçün şəhər mərkəzindəki ticarət mərkəzi qarşısında bir araya gələn klassik avtomobil sahibləri müxtəlif modellərdə 50 maşını klassik maşın həvəskarlarına nümayiş etdirib. Bu görüş şəhər camaatı və turistlər tərəfindən maraqlı görüntülər yaradıb. Avstriya, Almaniya, Macarıstan və Avropanın başqa ölkələrindən gələn qonaqlar burada 1937-ci ilin “Mercedes”i, 1969-cu ilin “Fiat”ı, 1966-cı ilin “Renault Caravelle”i, 1970-ci ilin “Peugeot 304”ü və “Volkswagen”, “Citroen”, “Fiat” və “Ford”un müxtəlif modellərinə tamaşa ediblər.



Әlaqәli Xәbәrlәr