Alimlər herpes xəstəliyini aradan qaldıran DNT vaksini hazırlayıb

Rusiyada bir qrup alim tərəfindən herpes xəstəliyini aradan qaldıran DNT vaksini hazırlandığı barədə məlumat yayılıb.

963274
Alimlər herpes xəstəliyini aradan qaldıran DNT vaksini hazırlayıb

Rusiyada bir qrup alim tərəfindən herpes xəstəliyini aradan qaldıran DNT vaksini hazırlandığı barədə məlumat yayılıb.

Rusiyanın Federal Tibbi-Bioloji Agentliyinin nümayəndələri bildiriblər ki, elmi işçilər herpesə qarşı unikal DNT vaksini hazırlayıblar. Həmin zərdab insanlara xəstəliyin residiv yaranma hallarının sayını azaltmağa və ideal vəziyyətdə aradan qaldırılmasına imkan verəcək. Yeri gəlmişkən, əlamətləri dəridə və selikli qişada qrup şəklində qabarcıq səpkiləri ilə xarakterizə edilən herpes insanlarda virus xəstəlikləri kateqoriyasına aid edilir. Virus ən çox hallarda dəri örtüyünü, gözləri zədələyir.

 

 

Mənbə:AZƏRTAC



Әlaqәli Xәbәrlәr