İndoneziyada saxta spirtli içki qurbanlarının sayı artır

Son 11 gün ərzində İndoneziyada saxta spirtli içkildən zəhərlənərək 100-dən çox insan həyatını itirib.

948999
İndoneziyada saxta spirtli içki qurbanlarının sayı artır

İndoneziya polis nümayəndəsi Məhəmməd Syafruddin, Qərbi Cava və Cakarta əyalətləri başda olmaqla içkilərdən zəhərlənərək ölənlərin sayının artmaqda davam etdiyini bildirib.

İndoneziyadakı bütün təhlükəsizlik müdirlərinə, istehsalçılar, distribyutorlar və satıcıların təsbit edilmələri təlimatını verdiyini ifadə edən Syafruddin, paytaxt Cakartada ələ keçirilən içkilərin, Laboratoriya testləri nəticəsində metanol ehtiva etdiyini vurğulayıb.

Qərbi Cava Polis idarəsinin müdiri Trunoyudo Wisnu Andiko da dünən verdiyi bəyanatda aprelin əvvəlindən tutmuş saxta spirtli içkidən zəhərlənərək ölənlərin sayının 76 nəfərə çatdığını bildirib.

 



Әlaqәli Xәbәrlәr