Martın 20-si Ümumdünya Yer Günüdür.

1990-cı ildən etibarən Yer Günü beynəlxalq səviyyədə qeyd edilməyə başlanılıb.

933433
Martın 20-si Ümumdünya Yer Günüdür.

Ümumdünya Yer Günü 1971-ci ildə elan olunub, hər il yaz gecə-gündüz bərabərliyi günündə (20-21 mart) qeyd edilir. Yer gününün qeyd edilməsi ənənəsi ilk dəfə ABŞ-da meydana gəlib. 1990-cı ildən etibarən Yer Günü beynəlxalq səviyyədə qeyd edilməyə başlanılıb. 2000-ci ildə artıq 181 ölkənin iştirakı ilə yüz milyonlarla insan bu günü qeyd edib. Hazırda dünyanın 192 ölkəsində Yer Günü fərqli aksiyalarla yadda qalır.O cümlədən konfranslar, sərgilər, böyük şəhərlərin magistral yollarında nəqliyyatın hərəkətinin məhdudlaşdırılması, abadlıq, təmizlik işlərinin aparılması, ağac əkilməsi kimi tədbirlər keçirilir.

Qeyd edək ki, Ümumdünya Yer Günü ətraf mühitin qorunmasına yönəlmiş beynəlxalq tədbirdir. Senator Heylord Nelsanın təşəbbüsü ilə keçirilən bu bayramda məqsəd insanların diqqətini ətraf mühitin çirkləndirilməsi və canlı aləmin qorunub saxlanması problemlərinə cəlb etmək idi.



Әlaqәli Xәbәrlәr