Polis əməkdaşlarına öldürəcəkləri üsyançı başına 500 dollar mükafat

Təhlükəsizlik qüvvələrinə hər bir  kommunist üsyançını  öldürmələri  qarşılığında  500 dollar  mükafat ödənəcək. Bunu  Filippin prezidenti Rodrigo Duterte  deyib.

911184
Polis əməkdaşlarına öldürəcəkləri üsyançı başına 500 dollar mükafat

Kommunist üsyançıları öldürmək  asan işdir, çünkü  onların  kəllələri daha  böyükdür   deyərək  yeni  bir  mübahisə  başladan  prezident  Duterteni  İnsan Hüquqlarını  müşahidə təşkilatı qınayıb.

İnsan Hüquqlarını müşahidə Təşkilat  bildirib  ki,  belə  bir  mükafat  təhlükəsizlik  qüvvələrinin  müharibə cinayətləri törətmələrinə səbəb  olar.  

Qeyd edək ki, beynəlxalq Cinayət Məhkəməsi, prezident Duterte haqqında  narkotik qaçaqmalçılığa  qarşı  mübarizə çərçivəsində  minlərlə  insanın  öldürülməsi  səbəbindən  istintaq  başlatmışdır.



Әlaqәli Xәbәrlәr