Livanda Türk dilinə böyük maraq var

Paytaxt Beyrutun mərkəzində açılan Yunus Əmrə İnstitutuna Türk dilini öyrənmək istəyən livanlılar axınla gəlirlər.

858602
Livanda Türk dilinə böyük maraq var

Türkiyə sürətlə inkişaf edən iqtisadiyyatı, yürütdüyü fəal xarici siyasəti və regionunun ən sabit ölkəsi olma xüsusiyyəti ilə diqqətləri üzərinə çəkir.
 
 Türkiyəyə olan bu böyük maraq Türk dilini öyrənmək arzusunu da artırır.
 
 Livanda son illərdə Türk dili  böyük həvəslə öyrənilir.
 
 Paytaxt Beyrutun mərkəzində açılan Yunus Əmrə İnstitutuna Türk dilini öyrənmək istəyən livanlılar axınla gəlirlər.
 
 İnstitut yeni Türk dili kursları açır. Türk rəsmiləri dil kurslarına qeyd olunmağı  gözləyənlərin sayının çox olduğunu biildirirlər. 



Әlaqәli Xәbәrlәr