İtlәr depressiyadan xilas olmağa kömәk edәcәk

Avstriyanın Zaltsburq şəhərində yerləşən „Avstriya Assistent İtlər Mərkəzi“ ilk dəfə olaraq depressiyadan əziyyət çəkənlərə yardım məqsədilə xüsusi itlərin təliminə başlayıb.

856443
İtlәr depressiyadan  xilas olmağa kömәk edәcәk

2016-cı ildən fəaliyyət göstərən və əsasən posttravmatik stress pozuntusu və obsessiv-kompulsiv pozuntudan müalicə alan xəstələri müşayiət edən itlərə təlim verən mərkəz qarşısına daha ciddi məqsədlər qoyub.

Məlumata görə,  təlim keçmiş labrador retriver cinsli itlər öz yeni sahibinin rəftar nümunələri və həmçinin qoxusu əsasında məşqlərə cəlb olunur.

Beləliklə, sahibinin depressiv epizodlarının „iyini“ alan itlər öz sahiblərinin diqqətini cəlb edə, onun əhvali-ruhiyyəsini yüksəltmək üçün oynamağa çalışa və yaranmış vəziyyətdən çıxmasına yardım edə biləcəklər.



Әlaqәli Xәbәrlәr