Alzeymer xəstəliyini erkən aşkarlaya biləcək texnologiya hazırlanıb

Koreyalı alimlər Alzeymer xəstəliyinin erkən təyin edilməsində istifadə ediləcək bir biomarker əldə ediblər.

836571
Alzeymer xəstəliyini erkən aşkarlaya biləcək texnologiya hazırlanıb

Koreyalı alimlər Alzeymer xəstəliyinin erkən təyin edilməsində istifadə ediləcək bir biomarker əldə ediblər.

Yonhap agentliyinə istinadən xəbər verir ki, Koreya Respublikasının Elm, İnformasiya və Kommunikasiya Nazirliyinin, Seul Milli Universitetinin alimləri qan nümunələrində “beta-amiloid” adlı proteini təsbit edə bilən bir dəst hazırlayıblar. “Beta-amiloid” zülalının beyindəki mövcudluğu Alzeymerin ilkin əlamətlərindən biri hesab olunur.

Tədqiqatçılar hazırladıqları biomarkerin 90 faiz düzgün diaqnoz qoyduğunu deyiblər. Alimlər texnologiyanın əvvəlkilərdən fərqli olaraq xəstəliyin görünən əlaməti olmadan onu tanıya biləcəyini bildiriblər.

Qeyd edək ki, Alzeymer xəstəliyinin indiyədək effektiv diaqnostika və müalicəsi yoxdur.

Görünən əlamətləri xəstəliyin başlanğıcından sonrakı 10 il ərzində üzə çıxdığından Alzeymerə diaqnoz qoyulsa da, gec olduğu üçün müalicələr nəticə vermir.

 

Mənbə:AZƏRTAC



Әlaqәli Xәbәrlәr