Dərəbaşı Döngələri yeni həyəcan və macəra həvəskarlarını gözləyir

Bu Döngələr Trabzonla Bayburt rayonlarını ən qısa məsafə ilə 3500 metr yüksəklikdəki Soğanlı Dağı üzərindən bir-birinə bağlayır.

832548
Dərəbaşı Döngələri yeni həyəcan və macəra həvəskarlarını gözləyir

 Dünyanın ən çətin yolları arasında göstərilən Bayburt-Trabzon arasında olan Soğanlı Dağı üzərindəki Dərəbaşı Döngələri yeni həyəcan və macəra həvəskarlarını gözləyir.  

  İstifadəçilərinə dünyada ən təhlükəli və çətin yollar haqqında məlumat verən www.dangerousroads.org saytı 2 il əvvəl Dərəbaşı Döngələri də bu sıraya daxil etdi. Bu Döngələr Trabzonla Bayburt rayonlarını ən qısa məsafə olan 3500 metr yüksəklikdəki Soğanlı Dağı üzərindən bir-birinə bağlayır.

  Təxminən 106 kilometr olan Dərəbaşı Döngələri Boliviyadakı “Ölüm yolu”ndan daha təhlükəli hesab edilir.

  Trabzonun Of qəsəbəsindən başlayaraq Bayburta qədər uzanan D 915 yolunun Karaçam mövqeyindəki Dərəbaşı Döngələri 13 kəskin döngədən bir dəfəyə keçilməsi mümkün olmur.

  Yol 1914-cü ildə Rusiya işğalı zamanı yerli xalqın min bir əziyyətlə işlədilməsi, sıldırım qayalıqlarda sanki iynə ilə yer qazması şəklində salınıb.

  Qaradəniz bölgəsində yerləşən, duman, yağış, sürüşmə, qar və qar uçqunu kimi təbiət hadisələrilə tez-tez qarşı-qarşıya qalan Dərəbaşı Döngələri bu xüsusiyyətlərinə görə “dünyanın çətin yolları”ndan biridir.

  Bayburt-Trabzon arasındakı avtomobil yolu qar yağışına görə ilin 6 ayı nəqliyyata qapalı olur. Yerli xalq isə hər növ maşınla bu yolu istifadəyə davam edir.



Әlaqәli Xәbәrlәr